SÜJET
Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.
Yurd.Media xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində kəndləri təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə 23.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Oxud və Kiş kəndlərində cəmi 2 422 əhali abonentinin və 5 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
***17:10
Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 mm olan “Ulacalı-Qaragüney” ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar iyulun 22-si saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.