İntensiv yağıntılar nəticəsində sel suları Qaradağ rayonu ərazisində Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törədib.
Oxu.Az xəbər verir ki, nəticədə qəsəbənin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Yurd.Media xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.
"Körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir. Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər", - deyə A.Nəcəfli bildirib.