Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yeni tikilən binadakı mənzilləri ilanlar basıb.
Yurd.Media xəbər verir ki, sakinlər ev alanda ərazidə şəhərcik salınacağı vədi olduğunu bildirirlər:
"Buradan ev alanda bizə ərazidə şəhərcik salınacağını, uşaqlar üçün oyun meydançası qurulacağını, yolun asfaltlanacağını demişdilər. Verilən heç bir vəd yerinə yetirilmədi, əksinə evimizdə ilanlar olur, biz də onları öldürürük".
Layihənin icraçısı Rüstəm Paşayev "Xəzər Xəbər"ə deyib ki, həmin binalar 2023-cü ilin layihəsinə əsasən tikilərək təhvil verilib. Ərazidə yeni binaların tikilməsi üçün sənədlər razılaşdırma mərhələsindədir:
"Binaların ətrafının ilanlardan təmizlənməsi məqsədilə isə profilaktik tədbirlər görülür".
Daha ətraflı süjetdə: