Xankəndi şəhərinə, Xocalı, Xocavənd və Ağdərə rayonlarına köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən Yurd məlumat yayıb.
Məlumata əsasən, həmin sakinlərdən 3 723 şəxsin məşğulluğu təmin edilib. O cümlədən, özünüməşğulluq proqramı çərçivəsində 560 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb, 144 sakin isə peşə hazırlığına cəlb olunub.
Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.