SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Peşə festivalı yarım milyon manata başa gələcək

Peşə festivalı yarım milyon manata başa gələcək

  • 16 sentyabr 2026, 21:26

Əmək bazarında tələb olunan peşələrin tanıdılması məqsədilə keçiriləcək layihənin detalları açıqlanıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il keçiriləcək “PeşəFest” layihəsinin təşkilinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

layihənin təşkilatçılığı “Excellent Trade” şirkətinə həvalə oluunub.

Agentlik bununla bağlı şirkətlə müqavilə bağlayıb və müqavilənin maliyyə dəyəri 486 870 manat müəyyənləşib.

Məlumata görə, festival çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 12 tədbirin keçirilməsi planlaşdırılır. Layihəyə sentyabrın 18-də Sumqayıt şəhərində start veriləcək. Festival bundan başqa Quba, Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan, Ordubad və Bakıda davam edəcək.

“PeşəFest 2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunacaq. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner(sayt, tətbiq dizayneri) istiqamətləridir.

Skat.az - Ev və Avtomobil elanları