SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Gənclər üçün elmi platforma: “SosialLab”da ilk təlim baş tutdu

Gənclər üçün elmi platforma: “SosialLab”da ilk təlim baş tutdu

  • 28 sentyabr 2026, 19:28

Gənclərin tədqiqat bacarıqlarının inkişafına yönələn “SosialLab” müsabiqəsinin ilk mərhələsində komandalar layihənin şərtləri ilə tanış olublar.

Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yeni SosialLab elmi-analitik müsabiqəsinin ilk mərhələsi üzrə görüş baş tutub.

Görüşdə ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə layihənin mahiyyəti, müsabiqənin şərtləri və qiymətləndirmə meyarları təqdim olunub.

Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov komandalar üçün effektiv təhlil və tədqiqat metodları üzrə təlim keçib, hesabatların hazırlanması qaydaları və metodoloji yanaşmalar izah edilib.

Müsabiqə çərçivəsində təqdim olunacaq hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək. Qalib komandaların məqalələrinin Scopus indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək.

Gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən və iki ay davam edəcək SosialLab müsabiqəsində 11 ali təhsil və tədqiqat müəssisəsi iştirak edir.

Skat.az - Ev və Avtomobil elanları