Ov qadağası bazarlara təsir etmədi: Balıq bolluğu davam edir

Ov qadağası bazarlara təsir etmədi: Balıq bolluğu davam edir

  • 01 may 2025, 23:28

Bu gündən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Hətta satıcılar canlanma olduğunu deyirlər.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda satışda olan balıqlar xaricdən və ya təsərrüfatlardan gətirilənlərdir.

Ölkəyə daha çox Qazaxıstan, Rusiya, Türkiyə, İran və Norveçdən balıqlar gətirilir. Bununla bərabər yerli təsərrüfatlarda yetişdirilən balıqlar da var ki, hazırda məhz onların satışı həyata keçirilir.

Bu səbəbdən də balıq ovuna qoyulan qadağanın qiymətlərə təsir edəcəyi gözlənilmir.

Satıcılar bildiriblər ki, hazırda bazarlarda dənizdən tutulan balıqlar olmasa da, qiymətlərdə heç bir fərq yoxdur. "Yayda balıq alınmaz" ifadəsi də artıq tarixə qovuşub.

Ətraflı süjetdə: