SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ordubadın bir sıra ərazilərində işıq olmayacaq

Ordubadın bir sıra ərazilərində işıq olmayacaq

  • 12 sentyabr 2025, 08:32
Ordubad

Bu gün Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.

Bildirilib ki, 110 kV-luq hava elektrik verilişi xəttinin çəkilişi ilə əlaqədar 35 kV-luq Parağaçay hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən 09:30-dan 10:30-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd olunub ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçirilir.

Prime Leasing