Neftçala rayonunda xüsusi imtiyazlı ailələrə pulsuz təqdim olunmaq üçün 2 milyon manatlıq mənzillər alınacaq.
Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.
Mənzillərin Agentliyi şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub.
Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.