SÜJET
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 56-cı məhəllədə fəaliyyət göstərən, Sənan Ərrəhman oğlu Həsənova məxsus "011" kafesində gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperarur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb.
Yurd.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd olunub ki, aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.