SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Buzovnanın kələ-kötür yolları sakinlərə çoxsaylı problemlər yaradır - VİDEO

Buzovnanın kələ-kötür yolları sakinlərə çoxsaylı problemlər yaradır - VİDEO

Bakı

Buzovnanın kələ-kötür yolları sakinlərə çoxsaylı problemlər yaradır.

Yurd.Media xəbər verir ki, Buzovna qəsəbəsinin Əziz Mirəhmədov küçəsində yollar kələ-kötür və baxımsız vəziyyətdədir. Məhəllənin asfaltlanmağa ehtiyacı var. Yolsuzluq isə sakinlər üçün çoxsaylı problemlər yaradır.

 “ATV Xəbər”ə danışan sakinlərin sözlərinə görə, yayda toz, qışda isə palçıq uşaqların rahat şəkildə məktəbə getməsinə mane olur. Sakinlər öz hesablarına müəyyən dərəcədə yolda düzəliş aparsalar da, bundan artığını etməyə maddi cəhətdən gücləri çatmayıb.

Məsələ ilə əlaqədar Buzovna qəsəbəsi üzrə nümayəndəlikdən bildirilib ki, avtomobil yolları sahəsindəki işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Bununla bağlı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Buzovna qəsəbəsi ərazisində istismara yararsız yollar barədə aidiyyəti quruma müraciət ünvanlanıb. Agentlikdən isə bildirilib ki, sözügedən küçə investisiya proqramına salınmalıdır. Maliyyə vəsaiti ayrıldıqdan sonra işlər həyata keçirilə bilər.

Prime Leasing