SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Qurd dərəsində üfunət sakinləri cana gətirib - VİDEO

Qurd dərəsində üfunət sakinləri cana gətirib - VİDEO

Sumqayıt

Sumqayıt şəhərinin Qurd dərəsi adlanan massivində kanalizasiya xətti mövcud deyil.

Yurd.Media xəbər verir ki, sakinlər çirkab sularını həyətlərində qazdıqları quyulara axıdırlar. Yaranan mənzərə xoş olmasa da, onların başqa əlacı yoxdur

“ATV Xəbər”ə danışan sakinlər bildiriblər ki, kanalizasiya sistemi olmadığından həyətlərində şambo qazıb çirkab suları ora axıdırlar. Lakin bu, elə də əlverişli üsul olmadığından və quyular tez dolduğundan sudan tam şəkildə istifadə edə bilmirlər.

Ərazidən keçən şəxslər isə antisanitar vəziyyətdən yaranan üfunət qoxusundan narazıdırlar və bununla bağlı tədbir görülməsini tələb edirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda qurumun mərkəzləşdirilmiş su-kanalizasiya şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə şəbəkənin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası Agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır.

Prime Leasing