Səkilər, piyada zolaqları yoxdur - Məktəblilər hər gün təhlükədə

Səkilər, piyada zolaqları yoxdur - Məktəblilər hər gün təhlükədə

Bakı

Sabunçu rayonu Ramana qəsəbəsində 90 nömrəli məktəbin yolunda səki yoxdur.

Yurd.Media xəbər verir ki, hər gün məktəbə gedən uşaqlar təhlüklə ilə üzləşirlər. Bu vəziyyət valideynlərin narahatlığına səbəb olur.

Valideynlər "Xəzər Xəbər"-ə bildirib ki, hər gün bu yolda uşaqları məktəbə qorxu ilə aparırlar.

"Yol səhər vaxtı bərbad vəziyyətdə olur. Diqqət edən yoxdur".

Məktəbin qarşısındakı piyada zolağının silinməsi vəziyyəti daha da çətinləşdirir.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, yolların əsaslı təmiri zamanı piyada səkilərinin tikilməsi Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. 90 nömrəli tam orta məktəbin qarşısında səki hissəsi olsa da, yolun digər hissələrində səki salınmayıb. Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən piyadaların təhlükəsizliyi məqsədilə yeni piyada səkilərinin tikilməsi ilə bağlı Agentliyə müraciət olunub.

Məktəbin qarşısında silinən piyada zolağı ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, xətlərin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Bu ərazidə də xətlər yenilənəcək.