SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Marşrutla bağlı sərnişin NARAZILIĞI: Avtobusda hamı bir-birinin belində gedir - VİDEO

Marşrutla bağlı sərnişin NARAZILIĞI: "Avtobusda hamı bir-birinin belində gedir" - VİDEO

  • 26 aprel 2025, 11:27
Bakı

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi və Azadlıq prospekti istiqamətində hərəkət edən 203 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı var.

Yurd.Media xəbər verir ki, bu marşrut xətti üzrə avtobusların həm sayı azdır, həm də ölçüsü balacadır.

"Təxminən bir neçə il əvvəl avtobusda yanğın hadisəsi baş verdi. Sərnişinlər güc-bəla ilə çölə çıxdılar. Avtobusda hamı bir-birinin belində gedir, qapısı da açıq olur", - Baku TV-yə deyən sakinlər narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 203 nömrəli marşrut xəttində avtobus sayı və hərəkət intervalı sərnişin tələbatına uyğun olaraq təşkil edilib:

"Belə ki, marşrutda 15-20 dəqiqə intervalla 4-5 nəqliyyat vasitəsi fəaliyyət göstərir. Amma monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edilib. Bununla bağlı daşıyıcıya xəbərdarlıq edilib və nöqsanların aradan qaldırılması istiqamətində işlər görülür".

Ətraflı süjetdə:

Prime Leasing