Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə yeni təyinat olub.
Yurd.Media xəbər verir ki, icra başçısının müvafiq əmri ilə Rəhimov Mirtəhmasib Fərman oğlu ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilib.
O bu vəzifəyə bu ilin fevral ayında Dövlət İmtahan Mərkəzinin müsabiqəsi nəticəsində təyinat alıb.
Qeyd edək ki, Mirtəhmasib Rəhimov Lerik rayonunun aktiv gənclərindəndir, dövlət qulluğuna qəbul imtahanlarında həm BB və həm də AC kateqoriyaları üzrə yüksək nəticə göstərərək, müvafiq olaraq BB1 və AC1 sertifikatlarını alıb.
10-dan çox elmi məqalə müəllifi olan Mirtəhmasib Rəhimov 3-cü "Yüksəliş" müsabiqəsinin yeganə müəllim finalçısıdır.