Bu ilin yanvar-avqust aylarında Azərbaycanda işsizlikdən sığorta daxilolmaları 161,8 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% çoxdur.
İşsizlikdən sığorta daxilolmaları proqnozu 104,9% icra edilib.
8 ayda işsizlikdən sığorta haqlarının 125,3 milyon manatı qeyri-büdcə sektorundan toplanılıb. Bu isə 1 il əvvələ nisbətən 10,7% çoxdur.