SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
İsmayıllı sakinlərinin torpaqları əllərindən alınır - 15 gün möhlət verilib

İsmayıllı sakinlərinin torpaqları əllərindən alınır - 15 gün möhlət verilib

İsmayıllı rayon Maçaxı kəndinin sakinləri bu sahələrdə bağlar salıb, əkin əkiblər.

Yurd.Media xəbər verir ki, sakinlərə göndərilən məktubda torpaqlarını tərk etmək üçün 15 gün vaxt verildiyi yazılan bildiriş göndərilib. 

"Xəzər TV"yə şikayət edən sakinlər bildirirlər ki, 1997-ci ildə aparılan torpaq islahatından sonra 40 hektar yer pay torpağı kimi verilib. Hazırda isə ata-babalarından qalan torpağı onlara vermirlər. 

6 saylı Regional meşə təsərrüfatı mərkəzindən bildirildi ki, sözügedən ərazi Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayı olmaqla, Dövlət meşə Fonduna aiddir. Vətəndaşlara payız mövsümündə həmin ərazilərdən istifadə etməmək tapşırılıb. Lakin onlar buna baxmayaraq orda dənli taxıl bitkiləri əkiblər. Sakinlərə bildirişlər göndərilib ki, Dövlət meşə Fondundan istifadə etdiyiniz üçün hesaba ödəniş etməlisiniz.

Basqal bələdiyyəsindən bildirildi ki, sakinlər illərdir oranı öz torpaqları kimi əkib-becəriblər. Sakinlərin ünvanladıqları müraciət araşdırılacaq.