SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İşıqsız və qazsız qalan Yolocaq sakinləri evlərini tərk edirlər - VİDEO

İşıqsız və qazsız qalan Yolocaq sakinləri evlərini tərk edirlər - VİDEO

Yardımlı

Yardımlının kəndində qaz və işıq problemi öz həllini gözləyir.

Yardımlı rayon Yolocaq kəndində 1000-dən çox sakini olsa da, problemə görə çoxusu kəndi tərk eləyir.

Yurd.Media xəbər verir ki, bu yoldan yük maşınları keçə bilmir.

"İTV"yə şikayət edən sakinlər bildiriblər ki, Masallı rayonuna gediş-gəliş yolu uçub. Qaz olmadığına görə oduna 500 manat vermək məcburiyyətində qalırıq.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, kəndlər arası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı əsasında öz həllini tapır.

"Yardımlı rayonunun Yolocaq kəndinin yollarının yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Yolun yenidən qurulması dövlət proqramına daxil edildikdən sonra agentlik tərəfindən təmin olunacaq"

"Azəriqaz" İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, maliyyə imkanlarından asılı olaraq növbəti mərhələdə Yardımlı rayon Yolacaq kəndinin qazla təmin olunması məsələsinə baxıla bilər. Cari ilin planında bu kəndin qazla təmin olunması nəzərdə tutulmayıb.

Prime Leasing