SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İnternat məktəbinin məzunu birdəfəlik müavinət ala bilmir

İnternat məktəbinin məzunu birdəfəlik müavinət ala bilmir

  • 28 may 2025, 22:37

Paytaxt sakini internat məktəbinin məzunu olsa da birdəfəlik ödənişi ala bilmir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, Bəhruz Mahmudov bildirib ki, internat məktəbi məzunlarına təyin edilən 2600 manat birdəfəlik ödəniş ona aid edilməyib.

Onun sözlərinə görə, aidiyyəti qurumdan ödənişin 2001-ci il məzunlarına aid edilmədiyi bildirilib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyin bildirilib ki, müavinətlərin verilməsi "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunla tənzimlənir: “

"Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 aprel 2025-ci il tarixindən sonra müvafiq təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinət ödəniləcəkdir".

Qeyd edək ki, sözügedən müavinət 2005-ci ildən sonrakı məzunlara şamil edilir.

Ətraflı süjetdə:

Prime Leasing