SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Hövsan sakinlərinə bələdiyyə borc və həmin borca faiz yazıb - VİDEO

Hövsan sakinlərinə bələdiyyə borc və həmin borca faiz yazıb - VİDEO

  • 11 yanvar 2026, 11:15
Bakı

Bakının Hövsan qəsəbəsinin sakinləri bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığından şikayətçidirlər.

Yurd.Media xəbər verir ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub.

Sakinlər "İTV Xəbər"ə bildiriblər ki, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb.

Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar.

Hövsan sakinlərinə bələdiyyə borc və həmin borca faiz yazıb - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları