SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
HƏYACAN TƏBİLİ: Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb

HƏYACAN TƏBİLİ: Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb

  • 11 may 2026, 23:16

2025-ci ildə ölkədə cəmi 95 min 875 uşaq doğulub ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir.  

Yurd.Media "Yeniavaz.com"a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara əsasən ən yüksək doğum 1991-ci ildə qeydə alınıb.

Həmin il ölkədə 190 min 353 diri doğulan uşaq qeydə alınıb.  

Sonrakı illərdə doğum sayında azalma müşahidə olunub.  

1991-ci il — 190 353 doğum

1995-ci il — 143 315 doğum

2000-ci il — 116 994 doğum

2001-ci il — 110 356 doğum  

2004-cü ildən sonra doğum statistikasında yenidən artım qeydə alınıb. Bu tendensiya xüsusilə 2010–2011-ci illərdə pik həddə çatıb.

2011-ci ildə Azərbaycanda 176 min 72 uşaq doğulub. Bu, müstəqillik dövründə 1991-ci ildən sonra ən yüksək ikinci göstərici hesab olunur.  

2010-cu illərin ortalarından etibarən isə yenidən azalma başlayıb.  

2010 — 165 643  

2011 — 176 072

2012 — 174 469

2015 — 166 210

2017 — 144 041   

2020-ci ildən sonra doğum sayında eniş daha da sürətlənib. Pandemiya dövrü və sonrakı illərdə göstəricilər ardıcıl olaraq aşağı düşüb.   

2020 — 126 571

2021 — 112 284

2022 — 122 846

2023 — 112 620

2024 — 102 310

2025 — 95 875   

Beləliklə, son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı təxminən iki dəfə azalıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları