Hacıqabul rayonu Atbulaq qəsəbəsi yaxınlığında, Bakı yolu üzərində yerləşən qədim qəbiristanlığın görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Yurd.Media xəbər verir ki, qəbir daşlarının quruluşu və forması bu ərazinin tarixi barədə müxtəlif ehtimallar irəli sürməyə əsas verir.
Qəbir daşlarının bəziləri sınıb, ərazi isə ot örtüyü ilə örtülüb, lakin onların tarixi olduğu açıq görünür.
Bəzi sakinlərin sözlərinə görə, bu qəbiristanlığın salınması 15-16-cı əsrlərə aid ola bilər, çünki vaxtilə bura türklərin döyüş meydanı kimi istifadə edilib. Bəzi mülahizələrə görə isə, keçmişdə yaylağa gələn insanlar vəfat etdikdə, onların nəşini uzağa aparmamaq üçün elə orada dəfn edirdilər.