Aramsız yağan yağışdan sonra Pirsaat çayının daşması Hacıqabulda evlərə ciddi ziyan vurub, sakinlər çətin vəziyyətə düşüb.
"Yurd.Media" xəbər verir ki, sakinlərin "Baku TV"yə bildirdiyinə görə, təbii fəlakət evlərə, bağlarına ciddi ziyan vurub, rayona getmək üçün istifadə etdikləri körpü uçu.
Hacıqabul rayon fövqəladə hallar komissiyasının sədri Saleh Ələsgərov bildirir ki, rayonun Qubalı kəndində körpü dağılmışdı, artıq bərpa olunubdu:
"Birinci Udullu kəndində qaz təsərrüfatında fasilələr var. Hal hazırda işlər aparılır. İkinci Udullu kəndində isə dünəndən işıq təsərrüfatında fasilələr var idi, o da artıq bərpa olundu".
FHK sədri qeyd edib ki, Pirsaat su anbarı tamamilə boşaldılmışdı, hal hazırda doludur:
"Fasilələrlə Pirsaat çayına gələn su buraxılır. Birinci və İkinci Udullu kəndlərinin çay qırağı yaşayış məntəqələrinin bir neçə bağçılıq təsərrüfatına ziyan dəyib".