SÜJET
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dünyanın ən hündür zirvəsi olan Everesti (8848 m), ardınca planetin 4-cü yüksək zirvəsi sayılan Lhotzeni fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva ilə görüş keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin inkişafına töhfə vermək, qadınların cəmiyyətdəki rolunu gücləndirmək olub.
Görüş zamanı Vəfa Musayeva Everest zirvəsinə doğru yola çıxmadan öncəki hazırlıq mərhələlərindən, üzləşdiyi çətinliklərdən və öz həyat fəlsəfəsindən danışıb.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Vəfa Musayeva xüsusilə qadınların öz güclərinə inanaraq böyük məqsədlərə çatmasının mümkünlüyünü vurğulayıb. Görüş həmçinin, qadın liderliyi, şəxsi inkişaf və iradənin rolu mövzularında maarifləndirici mesajlar verməklə yanaşı, gəncləri öz hədəfləri uğrunda mübarizəyə təşviq edib.