SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bələdiyyə sədrinin bacısı uşaqları evləndi - Komitə araşdırmalara başladı

Bələdiyyə sədrinin bacısı uşaqları evləndi - Komitə araşdırmalara başladı

Ağcabədi

Ağcabədi rayonu Avşar kəndində bələdiyyə sədrinin iki bacısının övladları (xalaoğlu - xalaqızı) evlənib. 

Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub. 

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağandır. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları