SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Əmək sahəsi üzrə 110 dövlət standartı hazırlanaraq təsdiq edilib

Əmək sahəsi üzrə 110 dövlət standartı hazırlanaraq təsdiq edilib

  • 03 yanvar 2026, 16:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə əməyin təhlükəsizliyi ilə bağlı dövlət standartlarının hazırlanması işlərini davam etdirir.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, ötən il daha 110 dövlət standartı hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.

Standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanıb.

Onlar iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir.

Bununla da Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı hazırlanaraq təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları