SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bəzi ərazilərdə işıq olmayacaq

Bəzi ərazilərdə işıq olmayacaq

  • 24 iyun 2025, 08:14
Bakı

Bakının Yeni Ramana qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yurd.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq bu gün saat 09:00-dan 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları