SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Direktorun səs yazısı yayıldı: Uşaqların sayını artırmağı tələb edib - VİDEO

Direktorun səs yazısı yayıldı: Uşaqların sayını artırmağı tələb edib - VİDEO

  • 29 iyul 2025, 22:42
Ucar

Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında ciddi qalmaqal yaşanır.

Yurd.Media xəbər verir ki, tərbiyəçi müəllim Şəbnəm İsayeva "Xəzər Xəbər"ə müraciət edərək bağçanın müdir əvəzi Emin Orucovun onu saxtakarlığa təhrik etdiyini iddia edir. İsayevanın sözlərinə görə, müdir əvəzi ondan məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını süni şəkildə artırmağı tələb edib.

Şəbnəm İsayeva bildirib ki, o, Emin Orucovun qanunsuz tələbini yerinə yetirməkdən imtina edib və məhz bu səbəbdən onların arasında münaqişə yaranıb. Müəllimin sözlərinə görə, dürüst davrandığı və saxtakarlığa getmədiyi üçün ona şiddətli töhmət verilib.

Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucov iddialara cavab vermək istəmədiyini bildirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə verilən məlumata görə, kənd uşaq bağçası-körpələr evi ilə bağlı yayılan səs yazısında əks olunan iddialar nəzarətə götürülüb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Prime Leasing