SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bu kənddə nə işıq var, nə də qaz: “Şəraitsizliyə görə insanlar evlərini tərk edirlər”

Bu kənddə nə işıq var, nə də qaz: “Şəraitsizliyə görə insanlar evlərini tərk edirlər”

Neftçala

Neftçalanın 600 nəfərə yaxın əhalisi olan Şirvanlı kəndində illərdir ki, işıqsızlıq problemi mövcuddur.

Yurd.Media xəbər verir ki, SSRİ dövründə çəkilən elektrik dirəkləri və xətləri yenilənməyib.

Sakinlərin "İTV Xəbər"ə bildiriblər ki, belə şəraitsizliyə görə kənddə insan sayı günbəgün azalır:

"8 il bundan öncə transformator dəyişilsə də, problem həll olunmayıb. Qapıları sınıqdır, elektrik məftilləri də sarmaşıq kimi bir-birinə dolaşıb”.

Kənddə həmçinin təbii qaz da yoxdur, insanlar hələ də yeməklərini ocaqda bişirirlər.

Daha ətraflı süjetdə:

Prime Leasing
SPE Annual Caspian