Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır:
“Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.
Qeyd edək ki, bu gün Şuşada "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəni Forumu keçirilir.
Tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, qonaqlar, media mənsubları iştirak edirlər.