SÜJET
Binəqədidə elektrik xəttləri təhlükə yaradır.
Binəqədi rayonu 31/26- cı məhəllə Göydələn küçəsində yüksək gərginlikli elektrik naqilləri evlərin üzərindən keçir. Bəzən bu naqillər qırılıb ətrafa təhlükə saçır.
Yurd.Media xəbər verir ki, sakinlər bu halın dəfələrlə təkrarlandığını bildiriblər.
"Xəzər TV" bildirir ki, sonucu dəfə belə hadisə iki gün əvvəl baş verib. Naqilin partlaması nəticəsində boru yanıb, həmçinin evin içərisində də qığılcımların yandırdığı yerlər qaralıb.
"Azərişıq" ASC-dən bildirildi ki, həmin evlər mühafizə zonasında qanunsuz tikililərdir. Qəza baş verib, dərhal aradan qaldırılıb. Ərazi avtomatik rejimdədir, qəza baş verən anda açar işə düşür və xətlərdəki elektrik cərəyanı dayandırılır.