SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Binədə elektrik PROBLEMİ: Sayğac var, işıq yoxdur - ŞİKAYƏT

Binədə elektrik PROBLEMİ: Sayğac var, işıq yoxdur - ŞİKAYƏT

Bakı

Bakıda sayğaclar quraşdırılıb, amma evlər işıqsızdır.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, Xəzər rayonu, Binə qəsəbəsi, 123-124-cü küçələrinin sakinləri elektrik enerjisinin verilməməsindən şikayət edirlər.

Onların sözlərinə görə, bəzilərinə sayğac quraşdırılsa da, evlərə elektrik verilməyib. Digər sakinlər isə ümumiyyətlə sayğac üçün müraciətlərinə mənfi cavab aldıqlarını bildiriblər.

Vətəndaşlar aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini desələr də, nəticə əldə edə bilməyiblər.

Məsələ ilə bağlı "Azərişıq" ASC isə bildirib ki, həmin ərazidəki evlərin əksəriyyəti sənədsizdir.

Qurumun açıqlamasına görə, vətəndaşlar sənədlərini qaydasına salaraq "ASAN Kommunal"a müraciət etdikləri halda, qısa müddətdə sayğac və enerji ilə təmin olunacaqlar.

Ətraflı süjetdə:

Binədə elektrik PROBLEMİ: Sayğac var, işıq yoxdur - ŞİKAYƏT

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları