SÜJET
Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, bu haqda işçi heyəti məlumat verib.
Bildirilib ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə ünvanladığımız sorğuya hələ ki, cavab verilməyib.