SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bakının rayonunda uşaqlar məktəbə palçığın içində gedib-gəlirlər - VİDEO

Bakının rayonunda uşaqlar məktəbə palçığın içində gedib-gəlirlər - VİDEO

  • 25 dekabr 2025, 15:19
Bakı

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

Yurd.Media xəbər verir ki, onlar dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmadığını bildirirlər:

"Yolsuzluqdan əziyyət çəkirik. Xəstə ölənə yaxın ambulans gəlib çıxır. Uşaqlar məktəbə palçığın içində gedib-gəlirlər".

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Baku TV"yə bildirilib ki, Maştağa qəsəbəsində qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir.

Qeyd olunub ki, Maştağa qəsəbəsi, Osman Sarıvəlli küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya proqramına əlavə edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları