SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakının bəzi rayonlarında qaz olmayacaq

Bakının bəzi rayonlarında qaz olmayacaq

  • 05 sentyabr 2025, 08:48
Bakı

Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şam və siyirtmənin quraşdırılması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev, M.Hüseynzadə, M.Şəfai, G.Əsgərova, H.Zərdabi küçələrinin, Yasamal rayonu üzrə M.Seyidov və H.Zərdabi küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan, Bahar, Dədə Qorqud qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Prime Leasing