SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Bakıda svetoforların işində problemlər yaranıb

Bakıda svetoforların işində problemlər yaranıb

  • 16 aprel 2025, 10:00
Bakı

Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır.

Yurd.Media xəbər verir ki, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.

Onun sözlərinə görə, mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar:

"Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək".

Prime Leasing