Bakıda su xətti liftin işini DAYANDIRDI - ŞİKAYƏT

Bakıda su xətti liftin işini DAYANDIRDI - ŞİKAYƏT

  • 28 aprel 2025, 08:33
Bakı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsində yerləşən binanın lifti iki aydır ki, işləmir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, lift işləmədiyindən sakinlər doqquzmərtəbəli binaya piyada qalxmalı olurlar.

Onlar bildiriblər ki, problem bir neçə aydır davam edir. Səbəb isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşlarının su xəttini kəsməsi olub.

Nəticədə boru liftin şaxtasında olduğundan oradan axan su lifti sıradan çıxarıb.

104 saylı Mənzil İstismar Sahəsinin əməkdaşı, binanın lifti üzrə məsul şəxsi Pəricahan Məmmədova da faktı təsdiqləyib.

Ətraflı süjetdə: