SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Bakıda bu yolda sürət həddi ENDİRİLDİ

Bakıda bu yolda sürət həddi ENDİRİLDİ

  • 05 may 2025, 22:19

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.