SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

  • 22 iyul 2025, 21:37

Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.

Yenilik hazırda bütün mobil operatorlarının abunəçiləri üçün aktivdir. Mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.

Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.

Prime Leasing