SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanda vakansiyaların sayı açıqlandı

Azərbaycanda vakansiyaların sayı açıqlandı

  • 19 may 2025, 14:30

Vakansiya bankında 61 minədək vakansiya mövcuddur.

 Yurd.Media xəbər verir ki, bu barədə Musavat.com-un sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğullluq Agentliyinin cavabında bildirilib. 

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğullluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yaradılan vakansiya bankına yerləşdirilən vakansiyalar əsasında həyata keçirilir.

“Qanunvericiliyə əsasən işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları həmin e-sistemə daxil edirlər. Vakansiya bankı yeni vakansiyalar daxil olduqca və eyni zamanda vakansiyalar üzrə işlə təminat prosesi getdikcə real vaxt rejimində yenilənir. Mayın 11-i tarixinə vakansiya bankında 61 minədək vakansiya mövcuddur”, deyə açıqlamada bildirilib. Qeyd edək ki, vakansiya bankı işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri üzrə kadr ehtiyaclarının təmin edilməsinə yönəlmiş xidmət formasıdır.