SÜJET

Azərbaycanda nadir quşların saxlanıldığı məkan - Yumurtaları satışdadır

Azərbaycanda nadir quşların saxlanıldığı məkan - Yumurtaları satışdadır

Biləsuvar

Qırqovul, kəklik, Kaliforniya bildirçini, tovuz quşu və fərqli quşlardan ibarət, illərdir qurulan dekorativ quş təsərrüfatı sahibkar Rafiq Muradova məxsusdur.

Yurd.Media xəbər verir ki, nadir quşlardan biri sayılan Nepal qırqovulu adlanan quşun qiyməti 1000-1500 manat aralığında dəyişir.

"İTV"yə danışan sahibkar bildirib ki, 8 il əvvəl bu işə hobbi kimi başlayıb. Haqqında danışılan quş təsərrüfatı pul qazanmaqla yanaşı, bölgədə az rast gəlinən və maraqla qarşılanan bir yerə çevrilib:

"Növbənöv təbiət quşlarını artırıram. Hər quşun özünəməxsus xüsusiyyəti var. Quş növlərinin çoxunu xaricdən əldə edirəm".

Bunlardan mövsüm ərzində əldə olunan yeni balalar və yumurtalar satışa çıxarılır. Quşların qiyməti isə növündən asılı olaraq 200 - 2000 manat arasında dəyişir. Yumurtaların bir ədədinin qiyməti isə 10 manatdır.