Azərbaycanda 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair “Hexa vaccine” (6 valentli) vaksini gətiriləcək.
Yurd.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi hazırlıqlara başlayıb.
Nazirliyin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi 310 000 ədəd 6 komponentli (GDT acellular, hip ipv vaksini, hepatit B) heksovaksin (heksaksim) sifariş edir.
Mərkəzi vaksinlərin satın alınmasına 25,2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Xatırladaq ki, hexaxim uşaqları 6 xəstəlikdən qoruyan kombinə olunmuş peyvənd dir. 3 doza şəklində 2, 4 və 6-cı aylarda tətbiq olunur. Daha sonralar 18 ayında revaksiyanasiyada da istifadə olunur.
Bu peyvənd uşaqları difteriya, göy öskürək, tetanus, hepatit B, poliomielit, haemophilus influenzae xəstəliklərindən qoruyur.
Hexaxim peyvəndi difteriya, göy öskürək, tetanus, hepatit B, poliomielit, Haemophilus influenzae ilə mübarizədə ən effektiv və etibarlı vasitədir. Adları çəkilən xəstəliklər xüsusən körpə uşaqlarda ağır gedişə malik olduqları üçün zamanında Hexaxim peyvəndinin olunması önəmlidir. Heç peyvənd olunmayan uşaqlarda da müəyyən yaşa kimi istifadə oluna bilər.