SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan ayaqqabı ixrac etməyə BAŞLADI

Azərbaycan ayaqqabı ixrac etməyə BAŞLADI

  • 12 iyun 2025, 23:13
Ağdam

Uzun illər işğal altında qalan Ağdam indi sənaye və inkişaf sahəsində yeni bir tarix yazır.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, iyunun 12-də ilk dəfə olaraq Azərbaycan Qazaxıstana ayaqqabı ixracına başlayır. Bu mühüm hadisə məhz Ağdam Sənaye Parkında gerçəkləşib. Tədbir çərçivəsində Qazaxıstana 5 min cüt ayaqqabı göndərilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun sözlərinə görə, Qarabağın ən böyük sənaye mərkəzində hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.

O əlavə edib ki, Sənaye Parkında sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib:

“Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübü daxil olmaqla 85 milyon manatlıq, cari ilin birinci rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsal olunub. İstehsal edilən məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir”.

Ətraflı süjetdə:

Prime Leasing