SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
AZAL Bakı-Tbilisi istiqaməti üzrə qayıdış biletini gediş biletindən 6 dəfə baha təklif edir

AZAL Bakı-Tbilisi istiqaməti üzrə qayıdış biletini gediş biletindən 6 dəfə baha təklif edir

  • 05 avqust 2025, 16:16

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Hava Yollarının (AZAL) Bakı-Tbilisi istiqaməti üzrə aviareyslərdə qayıdış biletinin gediş biletindən 6 dəfə baha satıldığı ilə bağlı məsələ müzakirələrə səbəb olub.

Yurd.Media xəbər verir ki, Nəbi Nəbiyev adlı şikayətçinin sözlərinə görə, 01 avqust 2025-ci il tarixində AZAL vasitəsilə Bakı–Tbilisi istiqamətinə 200 manatdan bir qədər ucuz aviabilet alıb, lakin daha sonra qayıdış biletlərinə baxarkən Tbilisi–Bakı istiqamətində uçuşların qiymətinin 600 avronu keçdiyini görüb. Bu isə gediş qiymətindən təxminən 6 dəfə bahadır.

Vətəndaş bu qiymət fərqinə görə bileti ləğv etmək və məbləğin geri qaytarılması üçün AZAL-ın müştəri xidmətlərinə elektron məktub ünvanlayıb. Cavab isə standart və soyuq olub: “Biletiniz büdcə tarifindədir, qaytarılması mümkün deyil”.

Prime Leasing