SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Arzu Əliyeva uşaq sığınacağının tədbirində - FOTO

Arzu Əliyeva uşaq sığınacağının tədbirində - FOTO

  • 16 fevral 2026, 23:55
Bakı

Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə "Qaranlıqdan sonra" adlı xüsusi tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.

Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab olunan sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib.

Sonra reabilitasiya prosesi keçən uşaqlar tərəfindən Azərbaycan filmlərindən seçilmiş fraqmentlər səhnələşdirilib, rəqs kompozisiyaları təqdim olunub.

Bədii hissədə sığınacağın uşaqları ilə bərabər, Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afaq Bəşirqızı, Əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.

Sonda "Azərbaycan Uşaqları" İctimai Birliyinin "Özgə uşağı olmur" himni səsləndirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları