Məmmədov Rəfael Zakir oğlu Abşeron-Xızı Regional Məşğulluq filialının yeni direktoru təyin olunub.
Yurd.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialına yeni direktor təyin edilməsi ilə bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev əmr imzalayıb.
Qeyd edək ki, ötən ay Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad olunub. O, məşğulluqla bağlı elan şirkəti açıb.