SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
WUF13-də diqqətçəkən çıxış: 15 yaşlı azərbaycanlı beynəlxalq panelin moderatoru oldu

WUF13-də diqqətçəkən çıxış: 15 yaşlı azərbaycanlı beynəlxalq panelin moderatoru oldu

  • 26 may 2026, 22:16

Bakıda təşkil olunmuş Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində keçirilən “Şəhər və ikinci şans: Görünməyənlərin səsi” adlı panel və sərgi zamanı maraqlı və ilhamverici bir çıxış diqqət mərkəzinə düşüb.

Yurd.Media xəbər verir ki, tanınmış jurnalist Firə Cəlilovanın 15 yaşlı oğlu Nicat İskəndərov beynəlxalq paneli ingilis dilində moderator kimi idarə edərək peşəkar ünsiyyəti və inamlı çıxışı ilə iştirakçıların marağına səbəb olub.

Nicat İskəndərov ilk dəfə belə böyük beynəlxalq platformada panel müzakirəsini ingilis dilində idarə edib. O, panel zamanı pakistanlı iqtisadçı və beynəlxalq spiker Rao Babar Jamil ilə müsahibə aparıb və peşəkar ünsiyyəti ilə iştirakçıların diqqətini cəlb edib.

Bir ildən artıqdır ki, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyində könüllü fəaliyyət göstərən Nicat artıq beynəlxalq auditoriya qarşısında özünü inamla ifadə etməyi bacarır.

Firə Cəlilova bir ana olaraq bu anın onun üçün xüsusi qürur hissi yaratdığını bildirib. Onun sözlərinə görə, oğlunun ən böyük arzusu gələcəkdə diplomat olmaq və ölkəsini beynəlxalq platformalarda təmsil etməkdir.

Məlumat üçün bildirək ki, Nicat İskəndərov artıq 4 əcnəbi dildə (ingilis, alman, çin, rus) sərbəst danışır. O, hazırda Sumqayıt şəhər 12 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları