Tər qoxusunu aradan qaldırmaq məqsədilə bir çox insan müxtəlif antipersperantlardan istifadə edir.
Yurd.Media Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu cür vasitələr orqanizm üçün zərərli hesab olunur. Həddindən artıq istifadəsi müxtəlif dəri xəstəliklərinə, o cümlədən qadınlarda döş xərçənginin yaranmasına səbəb ola bilər.
Təqdim olunan resept isə tamamilə təbii komponentlərdən ibarətdir.
Lazım olan məhsullar:
- 8 xörək qaşığı kokos yağı
- yarım fincan qarğıdalı nişastası
- yarım fincan soda
- 4-5 damcı istənilən təbii ətirli yağ
Hazırlanma qaydası:
Soda ilə qarğıdalı nişastasını bir-birinə qarışdırın. Üzərinə kokos yağını əlavə edin. Sonra seçdiyiniz ətirli yağı da qarışıma tökərək uyğun bir qaba doldurun. Bu məqsədlə köhnə dezodorant qabından da istifadə etmək olar. Hazırlanan qarışığı 2 həftə ərzində istifadə etmək tövsiyə olunur.