SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
PMİ: Nikotin siqaret çəkməklə bağlı xəstəliklərin əsas səbəbi deyil

PMİ: "Nikotin siqaret çəkməklə bağlı xəstəliklərin əsas səbəbi deyil"

Məqsədimiz ondan ibarətdir ki, insanlar ya siqareti tamamilə tərgitsinlər və yaxud siqaretlə müqayisədə daha az ziyanlı alternativlərə keçsinlər.

Bunu Yurd.Media-ya müsahibəsində "Philip Morris International" (PMİ) şirkətinin elmi əməkdaşlıq üzrə rəhbəri Tomoko İida bildirib.

Onun sözlərinə görə, aparılan tədqiqatlarla məlum olub ki, siqaret tüstüsündə çoxsaylı zərərli və kimyəvi maddələrin əmələ gəlməsinin səbəbi tütünün yanma prosesidir:

"Siqaret içində doğranmış tütün olan bir məhsuldur. Siqareti yandıran zaman siqaret tüstüsündə yüzlərlə zərərli maddələr əmələ gəlir. Siqareti yandırmadıqda, onu qızdırdıqda isə əmələ gələn aerozolda olan zərərli maddələrin səviyyəsi əhəmiyyətli dərəcədə daha az olur".

Tomoko İida qeyd edib ki, şirkət qızdırılan tütün məhsulları ilə yanaşı tüstüsüz tütün məhsulları kateqoriyasına aid ağızdan qəbul edilən nikotin tərkibli məhsullar kimi digər məmulatlar təqdim edir:

"Orada eyni zamanda nikotin kisələri adında bir məhsul da var. Həmin nikotin kisələrinin içində nikotin duzu olur. Yəni, tütündən əldə edilmiş təbii nikotin duz halında nikotin kisəsinin içində olur və insanlar öz nikotin ehtiyaclarını ödəyirlər. Siqaretlər ən zərərli tütün məhsuludur və bizim də məqsədimiz bundan ibarətdir ki, insanlar ya siqareti tamamilə tərgitsinlər, yaxud da siqaretlə müqayisədə daha az ziyanlı alternativlərə keçsinlər".

PMİ nümayəndəsi vurğulayıb ki, dünyada nikotin ən yanlış anlaşılan bir maddədir:

"Məsələn, ABŞ-da həkimlərin 80%-i elə hesab edir ki, nikotin xərçəngə səbəb olur. Nəinki Amerika, ümumiyyətlə dünyada belə bir yanlış fikir var ki, nikotin xərçəng və ya digər siqaretlə bağlı xəstəliklərin əsas səbəbidir. Bütün dünyada məşhur olan Beynəlxalq Xərçəng Xəstəlik Tədqiqatları Mərkəzinin (IARC) hazırladığı kanserogen maddələrinin siyahısında nikotin yoxdur. Əlbəttə, nikotin risksiz deyil və asılılıq yaradan maddədir. Lakin, bu, siqaretlə bağlı olan xəstəliklərin əsas səbəbi deyil və xərçəngə səbəb olmur. Bizim qlobal səviyyədə tutarlı elmi əsaslarımız və dəlillərimiz var. Amma yerli səviyyədə, yəni yerli alimlər və yerli ekspertlər bu tutarlı elmi sübutları və dəlilləri düzgün anlasalar və qəbul etsələr, onları qərarların qəbul edilməsi, siyasətlərin hazırlanması prosesinə transformasiya edə bilsələr, o zaman tütün zərərinin azaldılması sahəsində çox müsbət nəticələr əldə etmək mümkündür".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları