Amerikalı tədqiqatçılar depressiyaya daha çox meyl göstərən insanları aşkar ediblər.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər öz araşdırmalarının nəticələrini "JAMA Psychiatry" elmi nəşrində dərc ediblər.
Tədqiqat zamanı 800 000-dən artıq yetkin insanın iki fərqli genetik məlumat bazasından yararlanılıb. Bioloqlar sınaqda iştirak edənlərin yuxu rejiminə dair məlumatları da toplayıblar.
Nəticələr göstərib ki, erkən yatıb səhər tez oyananlarda depressiyaya tutulma riski digər insanlarla müqayisədə 23 faiz daha az olur.